Nardaranda yeni silahlar tapıldı
Tarix: 3-12-2015, 12:33 | Çap et
Nardaranda yeni silahlar tapıldı
Hüquq-mühafizə orqanlarının Nardaran qəsəbəsində konstitusion quruluşu bərpa etmək məqsədilə keçirdiyi xüsusi əməliyyat davam edir.

Polis hazırda yerli əhalidə silah-sursat olub-olmamasını aydınlaşdırmaq məqsədilə axtarışlar aparır. Qəsəbədə yeni silahlar tapılıb.

Sabunçu Rayon Polis İdarəsindən virtualaz.org saytına verilən məlumata görə, dünən qəsəbədə yeni silahlar tapılıb. Belə ki, əməliyyatçılar H.Əsgərov küçəsi, 6 saylı evin qabağında torpağa basdırılmış və nömrəsi silinmiş “Kalaşnikov” avtomatı aşkarlayıblar. Həmin yerdə patronlar və güllə darağı da aşkarlanıb.

Abşeron küçəsində, pirin yanında isə içində məişət tullantıları olan çəndən revolver tipli tapança çıxıb.

Əməliyyatçılar 3 saylı şəhər klinik xəstəxanasının girişində fitili olmayan əl qumbarası aşkarlayıb. Polis qumbaranın xəstəxananın həyətinə kimlər tərəfindən və hansı şəraitdə qoyulduğunu araşdırır.

Qəsəbədə keçirilən xüsusi əməliyyat davam edir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net