ANS-də qadağan olunan adlar - Video
Tarix: 3-12-2015, 11:52 | Çap et
ANS-də qadağan olunan adlar - Video
AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının açıqladığı qadağan olunan adlar siyahısı birmənalı qarşılanmayıb.

Axar.az xəbər verir ki, yeni doğulan körpələrə qoyulması məsləhət bilinməyən 217 adın açıqlanmasından sonra bəzi ziyalılar “qadağan olunan” adlar siyahısında tariximiz və milli kimliyimizlə bağlı adların yer alması etirazla qarşılanıb.

Terminologiya Komissiyasının təkrar açıqlamasında isə məlum olub ki, “qadağan olunan adlar”ın sayı 217 deyil, 133-dür, sadəcə bəzi adlar mənşəyi araşdırıldığı üçün yeni adlar lüğətinə daxil edilməyib.

Bu mübahisəli məsələ ilə bağlı dekabrın 2-də ANS-in efirində yayımlanan “Günəbaxan” verilişində polemika olub.

Azərbaycan Dil Qurumu İctimai Birliyinin icraçı direktoru Anar Niftəliyev verilişin qonağı olub və qadağan olunan adlar siyahısı ilə bağlı fikirlərini bölüşüb.

Proqramın lent yazısını təqdim edirik:






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net