Oğlan evi axır ki, üzə çıxdı - Foto
Tarix: 3-12-2015, 11:16 | Çap et
Oğlan evi axır ki, üzə çıxdı - Foto
Dekabrın 2-də Nizami Kino Mərkəzində aparıcı-aktyor İlham Qasımovun filminin premyerası keçirilib.

Axar.az xəbər verir ki, dünən uzun müddət gözlənilən “Oğlan evi” filminin təqdimat mərasimi baş tutub. Filmin premyerasında əməkdar artistlər Murad Dadaşov, Cabir İmanov, Rafael İsgəndərov, Coşqun Rəhimov, “Bozbaş Pikçers” kollektivi və başqaları iştirak edib.

Filmdə mafiya 3 gənci aldadıb pullarını alır. Daha sonra aldandıqlarını başa düşən gənclər mafiyadan həmin pulları geri almaq istəyir, elə bununla da başlarına gülməli, maraqlı hadisələr gəlir.

Filmin baş rollarında Fərda Xudaverdiyev, İslam Mehrəliyev, Elcan Rəsulov yer alıb. Ekran əsərinin ssenari müəllifi və rejissoru İlham Qasımovdur.

Oğlan evi axır ki, üzə çıxdı - Foto
Oğlan evi axır ki, üzə çıxdı - Foto





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net