Rusiyaya qarşı yeni həmlə - Türkiyə Azərbaycanla müqavilə imzalaya bilər
Tarix: 3-12-2015, 11:00 | Çap et
Rusiyaya qarşı yeni həmlə - Türkiyə Azərbaycanla müqavilə imzalaya bilər
Türkiyə ilə Rusiya arasındakı təyyarə böhranının kulminasiya həddinə gəlib çatması səbəbilə Rusiyanın embarqolarına qarşı Türkiyədən yeni addımlar atıla bilər.

Avropa.info xəbər verir ki, bu bəyanatla Türkiyənin baş nazirinin müavini və hökumət sözçüsü Numan Kurtulmuş çıxış edib.

Onun sözlərinə görə Türkiyənin Rusiyaya aid döyüş təyyarəsini vurmasından sonra yaranan iqtisadi və siyasi böhranlara qarşı türkiyə Azərbaycan və Türkmənistanla neft-qaz müqavilələri imzalaya bilər.

"Yeni bir böhranın yaranmaması üçün cənab Prezidentimiz mayeləşdirilmiş qaz idxal edilməsi ilə bağlı Qətər hökuməti ilə bir müqavilə imzaladı. Azərbaycan, Türkmənistanla təbii qaz və neftlə bağlı da bir sıra müqavilələr imzalana bilər."

TGRT kanalında Ərzurum sakininin Rusiyanın təbii qazı kəsəcəyi iddiaları ilə bağlı "Biz təzək yandırarıq, bəs ruslar nə yeyəcək?" sözlərinə münasibət bildirən Kurtulmuş bunları deyib:

"Vətəndaşlarımızın bu cür reaksiya verməsi olduqca sevindirici bir haldır. Amma ortada bir həqiqət var. Türkiyə təbii qaz baxımından da, neft baxımından da xaricdən asılı bir ölkədir. Buna baxmayaraq mən təbii qaz baxımından ciddi bir böhranın yaranmayacağını ümid edirəm. Prezidentimizin imzaladığı müqavilə də məhz bu yöndən böhranın çıxmaması üçün atılmış bir addım idi."





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net