Daha bir parklanma yeri ləğv edildi
Tarix: 2-12-2015, 17:24 | Çap et
Daha bir parklanma yeri ləğv edildi
Ziya Bünyadov prospektində, “3-cü mikrorayon bazarı”nın qarşısında yerləşən avtomobil tunelinin üzərindəki qanunsuz parklanma yeri Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən ləğv edilib.

"Azəryolservis" ASC-dən verilən məlumata görə, parklanma yerinin ləğv edilməsi istiqamətində işlər baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə həyata keçirilib. Əraziyə nəqliyyat vasitələrinin daxil olmasının qarşısı almaq üçün giriş hissəyə beton maneə də qoyulub.

Bu cür addımların parklanma yeri kimi hesablanaraq inşa edilməyən bütün avtomobil tunellərinin üzərində aparılması nəzərdə tutulub. Bundan başqa yol ötürücülərinin (avtomobil körpülərinin) alt hissəsində də mövcud olan parklanma yerlərinin ləğvi planlaşdırılır. Çünki bu cür parklanma yerləri həm əhaliyə, həm də şəhərin yol-nəqliyyat infrastrukturuna təhlükə yaradır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net