“Ərdoğanın üzünə neft sürtsən də, günahını etiraf etməz” - Rusiya
Tarix: 2-12-2015, 17:14 | Çap et
“Ərdoğanın üzünə neft sürtsən də, günahını etiraf etməz” - Rusiya
Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir edib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Antonov keçirdiyi mətbuat konfransında Ərdoğanı İŞİD-lə ortaq neft biznesində ittiham edib.

“Biz Ərdoğanın sözünün qiymətini bilirik. Bir dəfə artıq türkiyəli jurnalistlər onun humanitar yardım adı ilə suriyalı müxalifətçilərə silah satması faktını ortaya çıxarmışdıq. Buna görə jurnalistləri tutdular. Ərdoğan kimi rəhbər istefa verən deyil. Hətta Ərdoğanın üzünə oğurlanmış neft sürsən də, o, günahını etiraf edən deyil”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net