Kişi bacısının ərinin qanını tökdü
Tarix: 2-12-2015, 16:20 | Çap et
Kişi bacısının ərinin qanını tökdü
Ağcabədi rayonunda bıçaqlanma hadisəsi baş verib. Kişi öz bacısının ərini bıçaqlayıb.

Ağcabədi Mərkəzi Rayon Xəstəxanasından ANS PRESS-ə verilən məlumata görə, rayonun Bala Kəhrizli kənd sakini, 1970-ci il təvəllüdlü Anotoli Malik oğlu Quliyev daxilə nüfuz edən bıçaq yaralari ilə xəstəxananın cərrahiyyə şöbəsinə gətirilib.

Dərhal xəstənin üzərində cərrahiyyə əməliyyatı aparılıb, hazırda vəziyyəti stabildir.

Aparılan araşdırmalar nəticəsində xəsarət alan şəxsin qaynı- 30 yaşlı Mais Allahverdiyev tərəfindən bıçaqlandığı məlum olub.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hazırda ona xəsarət yetirən həyat yoldaşının qardaşının tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı Ağcabədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Oxşar hadisə sentyabr ayının 11-də Şəkidə qeydə alınıb. Oxud kənd sakini Azər Ələfsər oğlu Məmmədov aralarında yaranan şəxsi münasibətlər zəminində 1968-ci il təvəllüdlü həmkəndlisi Mustafa Mürsəl oğlu İsmayılovu bıçaqlayıb. Hadisənin borca görə baş verdiyi bildirilmişdi.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net