Deputat: "Rusiya təyyarəsini türk tələbələri vurub..."
Tarix: 2-12-2015, 15:45 |
Çap et
Rusiyanın millət vəkili Dmitriy Qudkov Türkiyə əhalisinə Rusiyada edilən təzyiq haqqında fikirlərini söyləyib.
ANS PRESS-in məlumatına görə, Adil Rusiya Partiyası millət vəkili Dmitriy Qudkov, Facebook üzərindən etdiyi şərhdə bildirib ki, Türkiyənin Hərbi Hava qüvvələrinin Rusiya təyyarəsinin vurulmasından sonra ölkədə yaşayan türk əhalisinə qarşı münasibət kəskin şəkil alıb.
"Bilirsiniz mi, millətçilik nədir? millətçilik - Rusiyanın hal-hazırda Türkiyə vətəndaşlarına qarşı yeritdiyi siyasətdir. Türkiyə höküməti ilə Türkiyə xalqını bir-birinə qarışdırmayın. Bu gün yüzlərlə türk vətəndaşı hava limanından ölkəmizə buraxılmır, geri göndərilir. Başa düşə bilmirəm, Rusiya təyyarəsini türk tələbələri vurub? Yoxsa, türk inşaatçıları vurub?", - deyə millət vəkili qeyd edib.
Şərhində ayrı-seçkiliyi ön plana çıxaran Qudkov Ukrayna məsələlərinə də toxunub. "Deyin görək millətçilik haradadır, Ukraynada, yoxsa, Rusiyada?", - deyə millət vəkili bildirib.
Millət vəkillinin bu sərt çıxışına səbəb noyabrın 24-də Türkiyə-Suriya sərhədində Rusiyaya məxsus Su-24 təyyarəsinin vurulmasından sonra Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsidir. Bu hadisədən sonra prezident Vladimir Putin Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməsi barədə sərəncam imzalayıb, vətəndaşlarına Türkiyəyə getməməyi söyləyib. Eyni zamanda, Türkiyədə təhsil alan tələbələrində geri qaytarılması gözlənilir .