Bakının Nardaran kəndində hüquq-mühafizə orqanlarının apardığı xüsusi əməliyyat davam etməkdədir. Hafta.az-ın hadisə yerində olan əməkdaşının sözlərinə görə, Maştağa və Nardaran qəsəbəsinə gedən avtobusların fəaliyyəti məhdudlaşdırılıb.
Nardarana yalnız kəndə qeydiyyatı olan şəxslər buraxılır. Jurnalistlərdən isə yalnız Azərbaycan Dövlət Televiziyasının çəkiliş qrupu (AzTV) buraxılıb. Qeyq edək ki, bu gün Məhərrəm ayı - imamların qırx mərasimidir. Bakının müxtəlif yerlərindən şəxsi maşınları ilə Nardarana gələn şəxslər geri qaytarılır.
İndicə "Azəriqaz"ın qəza xidməti maşınları Nardaran qəsəbəsinə daxil oldular. Hafta.az-ın əməkdaşının sualına cavab verən "Azəriqaz"ın nümayəndəsinin sözlərinə görə, onlar qəsəbəyə təbii qazın nəqlini bərpa etməyə gedirlər. Bu gün qəsəbəyə qaz veriləcəyi gözlənilir.