![NATO bu dəfə Rusiyanı saymadı NATO bu dəfə Rusiyanı saymadı](/uploads/posts/2015-12/thumbs/1449049079_v.jpg)
NATO-ya üzv ölkələrin xarici işlər nazirləri Montenoqronun alyansın sıralarına daxil edilməsi ilə bağlı dəvəti təsdiqləyib.
Bu barədə AzVision.az “Reuters”-ə istinadən xəbər verir.
“Biz Montenoqronu təbrik edirik. Bu gözəl bir alyansın başlanğıcıdır”, - deyə NATO baş katibi Yens Stoltenberq Brüsseldə görüş zamanı bildirib.
Bununla da, Montenoqro alyansa üzv olacaq 29 ölkədir. Ümumilikdə, alyansa daxil olmaq prosesi 1,5 il davam edəcək.
Rusiya tərəfi isə NATO-ya üzvlüklə bağlı danışıqlara öz etirazını bildirib. Qeyd edilib ki, NATO-nun tərkibi genişləndirilməməlidir.