“Delta-Telekom”: Yanğın nəticəsində yaranan problem tam aradan qaldırılmayıb
Tarix: 2-12-2015, 13:14 | Çap et
“Delta-Telekom”: Yanğın nəticəsində yaranan problem tam aradan qaldırılmayıb
“Delta-Telekom”da baş verən yanğının fəsadlarının 95%-i aradan qaldırılıb.

Bu barədə “APA-Economics”ə şirkətdən bildirib.

“Fəsadların 95%-i aradan qaldırılıb. Düzdür, həmin o 5% bizim işimizə heç bir maneə törətmir. Onun aradan qaldırılması istiqamətində bütün zəruri tədbirlər görülür “, - deyə adının çəkilməsini istəməyən şirkət rəsmisi qeyd edib.

Xatırladaq ki, noyabrın 16-da Azərbaycan ərazisinin böyük bir hissəsi internetsiz qalmışdı. Buna səbəb ölkənin əsas internet provayderi "Delta Telekom" MMC-nin DATA Mərkəzində baş verən yanğın olmuşdu.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net