`Rusiya qazı olmadan da yaşaya bilərik`– Ərdoğan
Tarix: 2-12-2015, 12:46 | Çap et
`Rusiya qazı olmadan da yaşaya bilərik`– Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, onun ölkəsi Rusiya qazı olmadan belə keçinə bilər.

Bu barədə AzVision.az “Habertürk”-ə istinadən xəbər verir.

“Bilirsiniz, biz heç də bütün həyatımız boyu maye qaz istifadə etməmişik. Nə vaxtdan maye qazdan istifadə etməyə başladığımız hamıya məlumdur. Bu xalq əzab-əziyyətə öyrəşib. Və söhbət bizim Rusiya qazı olmadan korluq çəkəcəyimizdən getmir. Mən əvvəldə demişəm ki, Rusiyadan başqa biz bir çox ölkələrdən qaz alırıq. Allah köməkliyi ilə biz problemləri həll edəcəyik”.

Qeyd edək ki, noyabrın 24-də Türkiyənin Rusiyaya məxsus qırıcı təyyarəni vurmasından sonra iki ölkə arasında münasibətlər gərginləşib. Təyyarə olayından hiddətlənən Rusiya Türkiyəyə qarşı bir sıra iqtisadi sanksiyalar tətbiq etməyə başlayıb





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net