Ailəsinə əsbələşən gənc özünü bıçaqladı
Tarix: 2-12-2015, 11:52 |
Çap et
Ağstafada 26 yaşlı oğlan özünü bışaqlayıb. Hadisə rayonun Poylu kəndində baş verib.
Ağstafa Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Poylu kənd sakini, 1989-cu il təvəllüdlü Xəqani Firdövsi oğlu İsgəndərov ailə üzvləri ilə arasında yaranan mübahisə zamanı əsəbləşib və özü-özünə bıçaq zərbəsi endirib.
Xəsarət alan gənc ailə üzvlərinin köməyi ilə dərhal Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona qarının daxilə keçən bıçaq yarası diaqnozu qoyulub.
Xəstəxanadan üzərində cərrahiyyə əməliyyatı aparılan gəncin vəziyyətinin orta ağır olduğunu bildirdilər.
Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.
İki gün əvvəl Gəncə sakini də özünü bıçaqlayıb. Hadisə Kəpəz rayonu ərazisində qeydə alınıb.
Cavad xan qəsəbəsi, Komandirlər küçəsində yaşayan 1987-ci il təvəllüdlü Azər Xalıq oğlu Baxşəliyev qarnının kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya çatdırılıb. Azər Baxşəliyev ilkin ifadəsində həyat yoldaşı ilə mübahisə etdiyini, bu səbəbdən də özünü bıçaqladığını deyib.