Ötən ay 27 nəfər dəm qazından zəhərlənib
Tarix: 2-12-2015, 11:13 | Çap et
Ötən ay 27 nəfər dəm qazından zəhərlənib
“Noyabr ayı ərzində 27 nəfər dəm qazından zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzə gətirilib".
Bunu Lent.az-a açıqlamasında Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib. Onun sözlərinə görə, həmin 27 nəfərdən 18-i xəstəxanaya yerləşdirilib, 9 nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
A.Maqsudov qeyd edib ki, dəm qazı zəhərlənmələri zamanı ölüm halı qeydə alınmayıb və zəhərlənmələr əsasən Bakı və Bakıətrafı ərazilərdə yaşanıb.
Şöbə müdiri ötən ay Azərbaycanda qeydə alınan alkoqol sərxoşluğu və dərman zəhərlənmələrinin sayını da açıqlayıb.
Şöbə müdiri deyib ki, noyabr ayı ərzində 11 nəfər dərman zəhərlənməsi şikayəti ilə Toksikologiya şöbəsinə müraciət edib. Onlardan 8 nəfər xəstəxanaya qəbul edilib: “Bundan başqa, ötən ay ərzində ümumilikdə 12 alkoqol zəhərlənməsi faktı yaşanıb, Onlardan 3-ü ağır vəziyyətdə olduğu üçün xəstəxanaya yerləşdirilib. 9 nəfər isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net