"Bütün bunları Göyçay rayon İcra Hakimiyyəti başçısı Mübariz Ağayevin tapşırığı ilə ediblər"
Tarix: 10-03-2015, 11:20 | Çap et
"Bütün bunları Göyçay rayon İcra Hakimiyyəti başçısı Mübariz Ağayevin tapşırığı ilə ediblər"
Həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədovun anası müraciət yayıb. Modern.az-a daxil olan müraciətdə Gülbuta Xasməmmədova bildirir ki, şərlənərək həbsə atılmış oğlu hüquq müdafiəçisi Taleh Xasməmmədovun həyat və sağlamlığı ciddi təhlükədədir, o, hər an ölə bilər.

“Təxminən 2 ay öncə Talehi İranda müayinə edən həkimlər ciddi xəstə olmasını və müalicə olunmasa, ölə biləcəyini ona bildiriblər. İran həkimlərinin tibb sənədlərinin surətini mətbuat vasitəsi ilə ictimayətə təqdim edirəm. Onun qanında zəhərlənmə var, qəfil baş qaldıran ağrılardan huşunu itirir, həyatı ciddi təhlükədədir. Talehi mənim gözümün qarşısında şərləyərək həbs etdilər. Bunu gözümlə görməsəydim bu qədər yanmazdım. Bu şərləmə hadisəsi məni çox sarsıtdı. Bütün bunları Göyçay rayon İcra Hakimiyyəti başçısı Mübariz Ağayevin tapşırığı ilə ediblər. Çünki Taleh onun rayonda qanunsuz fəaliyyəti barədə mətbuatda çıxışlar etmişdi. Bir yandan günahsız oğlumun şərlənərək həbsə atılması, bir yandan da ki, ciddi xəstəlikdən əziyyət çəkməsi məni çox-çox narahat edir. İki az yaşlı uşağının və mənim ağlamaqdan gözlərimiz quruyub, bu haqzıslığı Allah da götürməz. Göyçayın icra başçısı yalandan şaiyə yaydırıb ki, guya Talehin həbsini Bakıdan sifariş ediblər. Bizim ailə buna qətiyyən inanmır, çünki cənab prezident Talehi özü əfv sərəncamı ilə cəza çəkməkdən azad etmişdi. İnanıram ki, cənab prezident günahsız Talehin ciddi xəstə olması ilə maraqlanıb onun ev dustaqlığına buraxılmasına köməklik edəcək. Mən başda Fuad Ələsgərov olmaqla İşçi Qrupunun bütün üzvlərinə müraciət edib Talehin ciddi xəstə olmasını nəzərə almalarını, ev dustaqlığına buraxılmasına köməklik göstərmələrini xahiş etmişəm. Ümüdlə, inamla İşçi Qrupunun iclasını gözləyirik. İnanıram ki, ümüdlərimiz boşa çıxmayacaq”.

Gülbuta Xasməmmədova bildirir ki, 24.02.2015-ci il tarixdə mağazadan çıxıb maşına əyləşmək istəyəndə qondarma zərərçəkən Zahir adlı şəxs anı olaraq qəfil Talehə yaxınlaşıb üzünə tüpürüb, yaxasından yapışıb yerə yıxılıb və Talehi də yıxıb öz üstünə.
“Daha sonra başladı həyasızcasına qışqırmağa. İki dəqiqə çəkmədi iki maşın polislər ora gəldi və Talehi həbs etdilər. Həmin Zahir adlı şəxs polisin "işverənidir" çoxlu sayda cinayət işində şahid və zərərçəkən kimi iştirak edib .Talehin barəsində AR.CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə cinayət işi başlanılıb. Həbs-qəti imkan qərarından verilən apellyasiya şikayətinin təmin edilməməsinə dair Şəki Apellyasiya Məhkəməsi 6 mart 2015-ci iltarixidə qərar çıxarıb. Hazırda oğlum 2-saylı İstintaq Təcridxanasında saxlanılır”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net