Türklər rus qızlarını boykot etsin! - Təklif
Tarix: 1-12-2015, 16:24 |
Çap et
Top, tüfəng boş şeydir, elə türk yumoru Rusiyanın axırına çıxacaq.
“Qafqazinfo” xəbər verir ki, Rusiya-Türkiyə arasında münasibətlər gərginləşdikcə türklərin sosial şəbəkələrdə və mediada yumoristik fikirləri, "caps"lari çoxalır. Belə ki, onların fikrincə türklər Rusiyanı boykot etməyə əvvəlcə instaqramda izlədikləri rus qızlarını və onların nömrəsini silməklə başlamalıdır. Daha sonra araq yerinə ayran içməli, Rusiyadan ixrac olunan qazı istəməyərək kombiləri söndürülməli, əvəzinə odun peçlərində qızınmalıdırlar. Qardaş ölkə rus ədəbiyyatını da unutmayıb. Onların fikrincə, Dostoyevski, Tolstoy, Puşkin kimi yazarları oxumayaraq rus ədəbiyyatı böyük zərbə vurmaq olar.
Bundan başqa türklər topa, mərmiyə, zəhərə, bir sözlə həyat üçün təhlükəli olan hər şeyə qarşı dirənişli xalq olduğu üçün onlara ilişməmək məsləhətdir.
Ancaq türklər düşmənlərini də zəif görmür və rusların günlük həyatından çəkilmiş fotolarla münaqişəyə girməyin elə də məqsədəuyğun olmadığını göstərib.