Bağdadinin həyat yoldaşını Livandan aldılar (Fotolar)
Tarix: 1-12-2015, 15:58 | Çap et
Bağdadinin həyat yoldaşını Livandan aldılar (Fotolar)
Bu gün Livan hökuməti ilə Suriyada Əsəd rejiminə qarşı mübarizə aparan Nüsrət Cəbhəsi arasında əsirlərin dəyişdirilməsi baş tutub.

Avropa.info xəbər verir ki, Nüsrət Cəbhəsi ilə Livan arasında əldə olunan razılaşma nəticəsində il yarım bundan əvvəl əsir götürülən 16 Livan əsgəri Livanda həbs olunan 13 məhbusla dəyişdirilir.

əl-Cəziranın yaydığı məlumata görə Livan hökumətinin Nüsrət Cəbhəsinə verdiyi 13 məhbusdan beşi qadındır.

Həmin qadınlardan birinin İŞİD lideri Əbu Bəkir Bağdadinin keçmiş həyat yoldaşı olduğu bildirilən Səcə Duleymi olduğu bildirilir.

Varılan razılaşma ayrıca, əsgərlərin qaçırıldığı yer olan Arsal'da, qarşıdurmalarda yaralanan silahlı kəslər, qəsəbədəki xəstəxanada müalicə ola biləcək.

İki tərəf arasında baş tutan əsirlərin mübadiləsi prosesi Livanın Qızıl Xaç təşkilatının nəzarəti altında həyata keçirilib.

Xatırladaq ki, ötən ilin avqust ayında Livan ordusu ilə suriyalı müxaliflər arasında Arsal sərhəd bölgəsində qarşıdurmalar yaşanmışdı.

Beş gün davam edən qarşıdurmalarda 20 əsgər, 16 mülki vətəndaş olmaqla onlarla insan həlak olmuşdu.

Bağdadinin həyat yoldaşını Livandan aldılar (Fotolar)





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net