Moskvadan `Sultan Süleymana` qadağa - Ölkəyə buraxılmadı
Tarix: 1-12-2015, 14:19 |
Çap et
Rusiya paytaxtı Moskvada Türkiyənin “Muhteşem Yuzyıl” serialına həsr olunan böyük sərgi naməlum müddətə qədər təxirə salınıb.
AzVision.az “TASS”-a istinadən xəbər verir ki, sözügedən sərgi yanvarın 8-də Ekspo mərkəzdə açılmalı idi.
Serialda baş rolları ifa edən üç aktyorun da Moskvaya səfəri təxirə salınıb.
Təşkilatçıların sözlərinə görə, layihə ölkələr arasında münasibətlər normallaşdırılana qədər dondurulub.
Sərginin açılış mərasimində Sultan Süleyman rolunu ifa edən Halit Erginç, İbrahim paşa rolununu oynayan Okan Yalıbık və Hatice sultan rolunu ifa edən Selma Ergecin iştirak etməsi planlaşdırılmışdı.
Qeyd edək ki, “Muhteşem Yuzyıl” Rusiyada ən sevilən türk serialıdır. Osmanlı sultanı Sultan Süleyman Qanuninin həyatından bəhs edən serial Türkiyənin orta əsr tarixini, mədəniyyətini, o dövrün zadəganlarının həyat tərzini və adət-ənənələrini əks etdirir.
Serial təməl olaraq Sultan Süleymanın və Hürrəm Sultanın həyatı, Hürrəm Sultanın övladları üçün girişdiyi taxt mübarizəsi və saray həyatı üzərində hazırlanıb.