Şou-biznesdə daha bir küsülülük bitir
Tarix: 1-12-2015, 14:17 | Çap et
Şou-biznesdə daha bir küsülülük bitir
Prodüser Tarix Əliyev (Tolik) müğənni bacılar Sevil-Sevinc və həmkarları Ayan Babakişiyeva arasında küsülülük yaşandığını açıqlayıb.

Axşam.az-ın məlumatına görə, Tolik tezliklə barışığa imza atılacağını bildirib:

"Arada haqsızlıq olub. İstəyərəm ki, vaxtilə evində qonaq olduğumuz, balasını çox istədiyimiz insanla barışaq. Mən də Ayanla küsülüyəm. Selena üçün (Ayan Babakişiyevanın qızı - red.) çox darıxırıq. Ona görə nələrinsə üstündən keçək. Ayanın burnu sağalsın, hamımız bir araya yığışaq. Natavan Həbibi də Ayanla barışsın. Ayanla birlikdə Misirdə olmuşuq. Həmişə deyirdi ki, kiminsə badına gedib, nələrsə edirdim".

Qeyd edək ki, Ayan Babakişiyeva bir müddət öncə burun əməliyyatı etdirib. Onun bu barışıq ismarışına necə cavab verəcəyi maraqla gözlənilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net