Təşkilatçı "təhrif var" dedi, qəzet "yazdıqlarımızın arxasındayıq" söylədi-QALMAQAL
Tarix: 1-12-2015, 14:04 | Çap et
Təşkilatçı "təhrif var" dedi, qəzet "yazdıqlarımızın arxasındayıq" söylədi-QALMAQAL
Gəncənin yeni deputatı Naqif Həmzəyevin "Yeni Müsavat" qəzetinin müxbiri ilə dialoqunda Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin ünvanına kəskin ifadələr işlədib, onun kimi "tarixi şəxsiyyət tanımadığını" bildirib.

N. Həmzəyev lent.az-a açıqlamasında belə bir dialoqun olduğunu təsdiqləsə də, söhbətin məzmununun jurnalist tərəfindən təhrif edildiyini deyib.

Deputatın jurnalistlə dialoqunun baş tutduğu tədbirin təşkilatçısı olan “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Vüsalə Hüseynli də musavat.com-a yolladığı məktubunda yazıb ki, məqalədə ciddi təhriflərə yol verilib: " Məqalənin müəllifi Xalidə Gəray bizim layihəmiz çərçivəsində jurnalistlərin Gəncə səfərində iştirak edib və onunla millət vəkili Naqif Həmzəyev arasında sözügedən məsələ barədə həqiqətən də dialoq olub. Lakin Xalidə Gəray söhbəti tamamilə təhrif edərək, millət vəkilinin işlətmədiyi ifadələri onun adına yazıb və bununla da ictimaiyyətdə çaşqınlıq yaradacaq davranışa yol verib”.

Redaksiya isə bildirib ki, müxbirin təqdim etdiyi yazı yoxlanıb, onun həqiqiliyini məhkəmədə sübut edə biləcək dəlillərə malikdir: "Yazdıqlarımızın arxasındayıq, bunun əksini iddia edib, bizi yalanda suçlayanlar özləri yalançının təkidirlər. Bir məmura, hər hansı bir layihəyə görə milli dəyərlərdən, Azərbaycana dövlət quran kişilərin təhqir olunmasından vicdansızcasına keçənlər, buna susanlar üstümüzə gəlsələr, peşman olacaqlar".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net