"Arianespace" Azərbaycanın ikinci peykini orbitə çıxaracaq
Tarix: 1-12-2015, 13:57 | Çap et
"Arianespace" Azərbaycanın ikinci peykini orbitə çıxaracaq
Fransanın "Arianespace" şirkəti Azərbaycanın "Azerspace-2/Intelsat 38" telekommunikasiya peykinin orbitə çıxarılması ilə məşğul olacaq.

Trend-in məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Bakıda "BakuTel-2015" sərgisinin açılışına həsr edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, şirkət "Azərkosmos" ASC-nin ll telekommunikasiya peykinin orbitə çıxarılması üzrə tenderin qalibi olub: " Arianespace" Azərbaycanın I peykini də orbitə çıxarmışdı. "Azərkosmos"un bu şirkətlə növbəti müqavilə imzalayacağını gözləyirik".

Qeyd edək ki, "Azerspace-2/Intelsat 38"in 2017-ci ildə orbitə buraxılması gözlənilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net