Qiymətləri təsdiq edilən dərmanların baha satılması ilə bağlı müraciət daxil olmayıb
Tarix: 1-12-2015, 13:32 | Çap et
Qiymətləri təsdiq edilən dərmanların baha satılması ilə bağlı müraciət daxil olmayıb
“Tarif (qiymət) Şurası tərəfindən qiymətləri təsdiq edilmiş dərman vasitələrinin təsdiq olunmuş qiymətlərdən baha satılması halları ilə bağlı nazirliyə müraciət daxil olmayıb”. Bunu APA-ya açıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev deyib.

O bildirib ki, nazirliyə əhali tərəfindən daha çox məlumat xarakterli zənglər daxil olur: “Vətəndaşlar daha çox müxtəlif dərman vasitələrinin qiymətlərinin təsdiq olunub-olunmaması ilə bağlı müraciətlər edir. Habelə qiymətləri təsdiqlənən dərman vasitələrinin qiymətləri haqda məlumat alırlar”.

A. Əliyev qeyd edib ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti dərman vasitələrinin Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərlə satışına nəzarət, habelə insanların həyat və sağlamlığına təhlükə yaradan malların satışının və süni qiymət artımının qarşısının alınması məqsədi ilə istehlak bazarında müayinə, müşahidə, baxış və s. formalarda tədbirlərini davam etdirir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net