Şagirddən Allaha inandığını soruşub, sonra döydülər
Tarix: 1-12-2015, 12:35 | Çap et
Şagirddən Allaha inandığını soruşub, sonra döydülər
Gəncə yaxınlığında yerləşən Kəlbəcər yeni yaşayış massivində qeyri-adi hadisə baş verib.

Axar.az-a daxil olan məlumata görə, iki naməlum şəxs 9 saylı orta məktəbin 9-cu sinif şagirdinə yaxınlaşaraq onu döyüb.

2001-ci il təvəllüdlü Fidan Məmmədovanın sözlərinə görə, saqqallı şəxslər ona “Allaha inanırsanmı”, - deyə sual veriblər. Azyaşlının “bəli, inanıram” cavabından sonra isə hər iki şəxs yeniyetməyə ağır zərbələr endirməyə başlayıb. Yeniyetmə kəllə-beyin travması və boyun fəqərələrinin əzilməsi xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan əməkdaşımıza verilən məlumata görə, məktəblinin üzərində ciddi xəsarət olmadığı üçün yeniyetmə ailəsinin iştirakı ilə xəstəxanadan çıxarılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net