Saxta sənədlərlə Azərbaycan sərhədini keçmək istəyən əcnəbilər saxlanılıblar
Tarix: 1-12-2015, 12:19 | Çap et
Saxta sənədlərlə Azərbaycan sərhədini keçmək istəyən əcnəbilər saxlanılıblar
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları mütəşəkkil cinayətkarlığa qarşı mübarizə və saxtalaşdırılmış sənədlərlə dövlət sərhədini keçməyə cəhd edən şəxslərin aşkarlanması istiqamətində uğurlu fəaliyyətlərini davam etdirirlər.

DSX-nin mətbuat mərkəzindən APA-ya bildirilib ki, noyabr 29-da həyata keçirilmiş tədbirlər nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda 338 nömrəli “İstanbul-Bakı” aviareysi ilə ölkəmizə gələn Sierra Lion Respublikası vətəndaşları - 1982-ci il təvəllüdlü Jallo Kemoh və 1989-cu il təvəllüdlü Kargbo Abu Bakarr, Almaniya vətəndaşı Şharestani Bernd İsfendior və İspaniya vətəndaşı Diyez Paskual Pablo adlı şəxslərə verilmiş vizaları şəxsi pasportlarına vurdurmaqla saxta sənədlə dövlət sərhədini keçməyə cəhd göstərərkən saxlanılıblar.

Araşdırma aparıldıqdan sonra hər iki şəxs “Bakı-İstanbul” reysi ilə geri qaytarılıblar.

Saxta sənədlərlə Azərbaycan sərhədini keçmək istəyən əcnəbilər saxlanılıblar
Saxta sənədlərlə Azərbaycan sərhədini keçmək istəyən əcnəbilər saxlanılıblar
Saxta sənədlərlə Azərbaycan sərhədini keçmək istəyən əcnəbilər saxlanılıblar





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net