![Bakıda dələduzluqda şübhəli bilinən qadın saxlanılıb Bakıda dələduzluqda şübhəli bilinən qadın saxlanılıb](/uploads/posts/2015-12/1448953876_v.jpg)
Bakıda dələduzluqda şübhəli bilinən qadın saxlanılıb.
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Yasamal rayon 29-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, cari ilin avqust ayının 20-də Bakı şəhər sakini İlahə Abbasovanın etibarından sui-istifadə edərək, dələduzluq yolu ilə 6500 manat alıb qaytarmamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü İradə Cəfərova tutulub.
Faktla bağlı araşdırma aparılır.