Balta ilə qol kəsən şəxs radikal dindar imiş
Tarix: 30-11-2015, 14:07 | Çap et
Balta ilə qol kəsən şəxs radikal dindar imiş
Daxili İşlər Nazirliyi (DİN) Zaqatalada baş verən dəhşətli cinayət hadisəsi ilə bağlı rəsmi açıqlama yayıb.

DİN-nin mətbuat xidmətindən AzVision.az-a daxil olan məlumata görə, noyabrın 28-də Zaqatala şəhərində şəhər sakini Araz Musayev münaqişə zəminində həmyerlisi Vüsal Bəşirovun qollarının bilək nahiyəsinə balta ilə xəsarət yetirib. Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Musayev tutulub.

Hazırda faktla bağlı araşdırmalar aparılır.

AzVision.az-a daxil olan digər məlumata görə, hadisəsi törədən şəxs radikal dini təriqət üzvüdür.

Hadisənin borc üstündə törədildiyini məlum olub.

Qeyd edək ki, hadisə sırağagün axşam saatlarında baş verib. Zaqatala şəhəri, Azərbaycan prospektində yaşayan, 1989-cu il təvəllüdlü Bəşirov Vüsal Vahid oğlunun hər iki qolu bilək naiyəsindən tamamilə kəsilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net