Türk biznesmendən ölən rus pilotun ailəsinə jest
Tarix: 30-11-2015, 12:57 |
Çap et
Rusiyanın Çelyabinski şəhərində dörd kafe işlədən türk vətəndaşı Səfa Buzqan bir günlük qazancını ölən rus pilotun ailəsinə bağışlayacaq.
Axar.az rus mətbuatına istinadla xəbər verir ki, Buzqan hadisədən ailəvi olaraq kədərləndiklərini və üzüldüklərini bildirib. Buna görə də türk vətəndaşı çərşənbə günü sahib olduqları dörd kafedən əldə edəcəkləri bütün gəliri rus pilotun ailəsinə bağışlamaq qərarına gəldiyini qeyd edib.
Xatırladaq ki, bir neçə gün öncə Suriya sərhədində Türkiyə hava məkanını pozan Su-24 tipi rus döyüş təyyarəsi türk F-16-ları tərəfindən vurulub.