Anonymous: “İŞİD-in saytlarını Amerika qoruyur”
Tarix: 30-11-2015, 12:22 |
Çap et
FaktXeber.com-un “Daily Mail”-a istinadən verdiyi məlumata görə, tanınmış haker qrupu İŞİD təbliğatını dəstəkləyən ölkənin yerini müəyyənləşdirib.
Bu dəfə də İŞİD terror qruplaşmasını dəstəkləyən ölkələrdən biri kimi Amerika Birləşmiş Ştatlarının adı hallanıb. Belə ki, Anonymousun yaydığı xəbərdə bildirilir ki, əldə etdiyimiz məlumatlar onu göstərir ki, İŞİD-ə aid olan bütün saytları Amerikanın “CloudFlare” şirkəti qoruyur.
Haker qrupu bəyan edib ki, Fransa olaylarından sonra İŞİD saytlarına qarşı apardığımız mübarizədə müşahidə etdik ki, bizim sözügedən saytlara hücumumuzun qarşısı məhz adıçəkilən şirkət tərəfindən alınır.