Azərbaycan və Avropa cari problemlərin aradan qaldırılmasına köklənməlidirlər
Tarix: 30-11-2015, 12:06 | Çap et
Azərbaycan və Avropa cari problemlərin aradan qaldırılmasına köklənməlidirlər
Azərbaycan və Avropa cari problemlərin aradan qaldırılmasına və perspektivli münasibətlərə köklənməlidirlər. Trend-in məlumatına görə, bunu Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov "EurActiv" jurnalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan Avropa Parlamentinin ölkəyə qarşı mənfi qətnaməsinədək Avropa ilə gələcək əlaqələr məsələsi üzrə dəqiq və möhkəm mövqeyini ifadə edib: "Biz həmişəki kimi əməkdaşlığın ikitərəfli formatına köklənmişik".

Səfir qeyd edib ki, Avropa İttifaqının bəzi strukturları konstruktiv dialoqu məruzə və monoloqa çeviriblər: "Lakin biz tələbə deyilik. Buna görə də Azərbaycan Milli Məclisi Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq qərarına gəldi".

F.İsgəndərov əlavə edib ki, hazırda Azərbaycan Avropanın bir çox ölkələrilə müqayisədə yaşamaq üçün daha təhlükəsiz ölkədir: "Biz Qərb tərəfdaşlarımızın antiterror fəaliyyətinə tam və real dəstəyimizi göstəririk. Bu, əhalisinin əksəri müsəlman olan gənc dünyəvi dövlət üçün çağırışdır. Lakin bu bizim seçimimizdir. Dostluq vəziyyətdən asılı olaraq yarısı boş və ya dolu olan "su stəkanı" deyil. Dostluq həmişə tam və etibarlı olmalıdır. Bu bizim yanaşmamızdır. Bunu avropalı tərəfdaşlarımızdan da gözləyirik".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net