Nardaranda məktəblilər dərsə gedir?
Tarix: 30-11-2015, 12:01 |
Çap et
Noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatla bir qrup cinayətkar dəstə saxlanıldı. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib.
Bu hadisəyə etiraz olaraq isə həmin gündən başlayaraq nardaranlılar meydana toplaşır, onlar tərəfindən ölən şəxslərin meyitlərinin verilməsini və Taleh Bağrzadənin həbsdən azad edilməsini istəyiblər.
Hadisələrin cərayan etdiyi bu zamanda böyüklərlə yanaşı, məktəbyaşlı şagirdlərin də meydanda olması isə diqqətdən yayınmadı.
Həmin vaxtı məktəbdə olmaq əvəzinə şagirdlər küçələrdə gəzir, dərs oxumaq, biliyə yiyələnmək əvəzinə Taleh Bağırzadənin həbsdən azad edilməsini, onun şagirdlər üçün nə qədər önəmli olduğunu bəyan etdilər.
Demək, bu cinayətkar dəstə həm də təhsilə ziyan vurur.
MODERN.AZ Nardaran kəndində fəaliyyət göstərən məktəblərdən şagirdlərin dərsə davamiyyətini öyrənməyə çalışb.
295 nömrəli tam orta məktəbin direktoru, deputat Dilarə Cəbrayılova Modern.az-a açıqlamasında bildirib ki, keçən həftə şagirdlərin dərslərdən kütləvi yayınması olmayıb.
“Hazırda telefonlarımız işləmir və işığımız kəsilib. Amma deyilir ki, bu gündən hər ikisi bərpa olunacaq. Eyni zamanda hadisələr baş verən vaxtı biz məktəbdə olmuşuq və keçən həftə ərzində dərsdən yayınannlar olmayıb. Həmçinin şənbə günü məktəbdə imtahan keçirilib və bütün şagirdlər imtahanda iştirak edib, yalnız 8 şagird üzürlü səbədən dərsə gəlməmişdi”.
Qeyd edək ki, Nardaranda keçirilən əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib
Əməliyyatın keçirildiyi ərazidə, silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirib, 2 əməkdaş qəhrəmancasına həlak olub.
Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb.