2 general, 1 polkovnik həbs olundu
Tarix: 30-11-2015, 11:12 | Çap et
2 general, 1 polkovnik həbs olundu
Türkiyədə iki general və təqaüddə olan bir polkovnik həbs olunub.

Axar.az xəbər verir ki, Ankara Jandarm Bölgə Komandiri general-mayor İbrahim Aydın, general-mayor Həmzə Cələpoğlu və təqaüddə olan polkovnik Burhanəddin Cahangiroğlu həbs olunub.

Adana və Hatayda 1-19 Yanvar 2014 tarixlərində MİT-ə aid TIR-ların dayandırılması ilə bağlı istintaqı aparan İstanbul prokuroru İrfan Fidan tərəfindən zabitlərin ifadəsi alındıqdan sonra həbs tələbilə İstanbul məhkəməsinə aparılıblar.

Hər üç zabit Türkiyə qanunvericiliyinə uyğun olaraq "Dövlət sirrinin siyasi və ya hərbi casusluq məqsədilə yayılması və dövlət çevrilişi etmək məqsədilə silahlı terror təşkilatı qurmaq və ya idarə etmək" maddələri ilə təqsirli biliniblər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net