Nyu-York sakini Co Saladino öz dostu ilə sosial eksperiment həyata keçirib. Onlardan biri ənənəvi müsəlman geyimində olmalı, digəri isə onu ictimai yerdə təhqir etməli idi. Gənclər həmvətnəlrinin nə dərəcədə tolerant olduduğunu öyrənmək istəyiblər.
FaktXeber.com-un məlumatına görə, videodan görünür ki, qurbanı müdafiə edənlər tapılsa da, onu döyüb-təhqir etməyə meyillilər üstünlük təşkil edib.
Eksperimentin müəllifi bu barədə danışarkən bildirib ki, ABŞ-da irqi ayrı-seçkilinin əsas səbəbkarını açıqlayıb: «Bu insanlara qarşı nifrətin əsas səbəbi KİV-dir. Onlar hər gün çoxsaylı informasiyanı bizə ötürürlər. Bəzən verilən xəbərlərin hamısı həqiqət olmur, bəzən isə tamam yanlış fikirlərə sövq etdiririr. Hesab edirəm ki, KİV xüsusən Amerikada rasizmin yaranmasında böyük rol oynayır.».