Türklər Avropaya vizasız gedə bilər, amma
Tarix: 30-11-2015, 10:57 | Çap et
Türklər Avropaya vizasız gedə bilər, amma
Türkiyə Avropaya miqrant probleminin həllində kömək edərsə, Avropa İttifaqı (Aİ) bu ölkənin vətəndaşları üçün vizasız rejim tətbiq edəcək.

ANS PRESS-in məlumatına görə, Aİ Türkiyəyə vizasız rejimin hazırlamasında maliyyə köməkliyi etməyə söz verib. Əvəzində isə Ankara öz ərazisindən Avropaya axın edən miqrantların qarşısını almaq üçün əlindən gələni etməlidir.

Brüsseldə Aİ rəhbəri və Türkiyənin baş naziri Əhməd Davudoğlu arasında baş tutan danışıqların nəticələrinə əsasən, tərəflər Türkiyəyə 3 milyard avro dəyərində maliyyə yardımı verilməsi haqqında razılığa gəliblər. Bu yardım Türkiyə ərazisindən Yunanıstana, oradan isə Aİ ölkələrinə gedən Suriyadan olan qaçqınlara verilməlidir. Əslində, bu Ankaranın Aİ-a məsələ ilə bağlı ilk müraciəti deyil, bundan əvvəl də Ankara Aİ-na ona maliyyə cəhəddən kömək etməsini təklif etsə də, bu razılaşma heç cür baş tutmurdu.

İndi isə Avropa mərmurları bu məsələ ilə bağlı yeni bəyanat hazırlayıb. Bəyanata görə, Avropa ölkələrinə getmək istəyən türk vətəndaşı bu səfəri vizasız həyata keçirə bilər. Bu fürsət türklərə 2016-cı ilin oktyabr ayına kimi verilir. Lakin əvəzində Türkiyə Əfqanıstan, Pakistan, Suriya və digər müharibə ərazilərində yaşayan miqrantların Avropaya keçməsinin qarşısını almalıdır, sərhədləri möhkəm qorumalıdır.

Jurnalistlərə açıqlamasında Əhməd Davudoğlu Brüsseldəki danışıqların nəticələrini Türkiyə üçün tarix adlandırıb və eyni zamanda, vurğulayıb ki, Ankara miqrant axının qarşısının tam dayandırmağa zəmanət verə bilmir. Buna səbəb kimi hal-hazırda gedən müharibəni misal gətirən baş nazir, qeyd edib ki, Türkiyə qaçqınların qarşısını almaq üçün əlindən gələni edəcək.

Görüşdən sonra Avropa Komissiyasının rəhbəri Donald Tusk onu da deyib ki, bu razılaşmanın əsas hədəfi Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq deyil, miqrantların qarşısını almaqdır.

Brüsseldə keçirilən sammitdə Rusiya ilə Türkiyə arasında münasibətlərin gərginləşməsi barədə müzakirələr aparılmasa da, İrlandiyanın baş naziri Enda Kenni Rusiyaya məxsus "Su-24" təyyarəsinin Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulmasının Aİ-da ciddi narahatlığa səbəb olduğunu bildirib.

Rusiyanın "Su-24" təyyarəsi Türkiyənin "F-16" qırıcısı vasitəsilə noyabrın 24-də Suriya-Türkiyə sərhədində, Lataktia ərazisində vurulub. Türkiyə tərəfi "Su-24" təyyarəsinin Türkiyə ilə sərhədi pozduğu üçün vurulduğunu desə də, Rusiya bu iddiaları təkzib edir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net