Rus-türk iqtisadi müharibəsi başlayır – Şərh
Tarix: 30-11-2015, 10:48 | Çap et
Rus-türk iqtisadi müharibəsi başlayır – Şərh
Rusiya-Türkiyə iqtisadi müharibəsi başlayır.

Axar.az xəbər verir ki, bu açıqlama ilə iqtisadçı ekspert Qubad İbadoğlu Feysbuk səhifəsində çıxış edib.

Onun sözlərinə görə, yaranacaq böhranlı vəziyyətdən Türkiyənin daha az zərərlə və tez çıxmaq potensialı Rusiyadan yüksəkdir.

Ekspert hesab edir ki, bu gün Rusiya Nazirlər Kabineti ölkə bazarlarına Türkiyədən gətirilən və girişi qadağan olunan məhsulların siyahısını təsdiq edəcək:

“Gözlənilir ki, bazara girişinə baryer yaradılacaq malların siyahısında tekstil məlumatları və meyvə-tərəvəzə geniş yer ayrılsın. Bundan əlavə, Rusiya birtərəfli qaydada türk vətəndaşları üçün vizasız rejimi də ləğv edib.

Yeni qaydalara görə, türk vətəndaşları hətta viza alacağı halda Rusiyada 30 gündən çox qala bilməyəcək. Bu isə xüsusi ilə Rusiyanın inşaat bölməsində çalışan türklərin məşğulluğuna mənfi təsir göstərəcək”.

Q.İbadoğlunun sözlərinə görə, digər qadağa rusiyalı turistlərin Türkiyənin istirahət zonalarına gedişinin məhdudlaşdırılmasına yönəlib:

“Rus turizm agentləri Türkiyəyə turların satışını, eyni zamanda çarter avia-reyslərini də dayandırıb.

Ötən il bu ölkənin turizmdən gəlirləri 34,3 milyard dollar olub. Hazırda Misir və Türkiyəyə səyahət qadağası qoyan Rusiya bununla daxili turizm bölməsini inkişaf etdirəcəyini hədəfləyir.

Rusiyada həm yay iqlim və həm də infrastuktur problemlərinə malik olan daxili turizm obyektlərinin imkanlı ruslar üçün cəlbedici olacağı inandırıcı görsənmir”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net