Keçmiş nazirlə bağlı prezidentə müraciət edildi
Tarix: 26-11-2015, 17:39 | Çap et
Keçmiş nazirlə bağlı prezidentə müraciət edildi
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət ünvanlanıb.

Axar.az xəbər verir ki, müraciət mətnində Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor, sabiq müdafiə naziri Dadaş Rzayevin 80 illiyinə görə dövlət mükafat ilə təltif edilməsi xahiş olunub.

Müraciətdə qeyd olunub ki, keçmiş nazirin bu il 80 yaşı tamam olur. Bütün həyatını orduya həsr etmiş general-mayor tağım komandirindən müdafiə naziri vəzifəsinə kimi hərbi xidmət yolu keçib.

O, 1959-cu ildə Ali Hərbi Hava Desant Məktəbini, 1970-ci ildə Frunze adına Hərbi Akademiyanın Desant fakültəsini bitirib. D.Rzayev 1990-cı ilin əvvəllərində Sovet Ordusundan istefa verib.

Təcrübəli zabit Azərbaycan hökumətinin dəvəti ilə Qarabağa Xalq Yardımı Komitəsində çalışıb. 1991-ci ildə Müdafiə nazirinin birinci müavini və özünümüdafiə qoşunlarının komandanı, 1993-cü ildə isə Müdafiə naziri təyin olunub.

1993-cü ilin iyun ayından səhhətinə görə istefa verən general Ehtiyatda Olan Zabitlər Konfederasiyasına seçilib.

2014-cü ildə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının II Plenumunda Dadaş Rzayev bu təşkilata sədr təsdiq edilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net