Putin Türkiyədən üzrxahlıq və vurulan təyyarənin pulunu istədi
Tarix: 26-11-2015, 15:59 | Çap et
Putin Türkiyədən üzrxahlıq və vurulan təyyarənin pulunu istədi
Türkiyənin hava məkanını pozduğu üçün vurulan təyyarə ilə əlaqədar Rusiyanın dövlət başçısı daha bir açıqlama verib.

Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Vladimir Putin Türkiyənin əlaqələri qəsdən çıxılmaz vəziyyətə gətirdiyini iddia edib.

Putin vurulan Su-24 təyyarəsi ilə əlaqədar Türkiyədən hələ bir üzrxahlıq gəlmədiyini söyləyib. O bir daha “Kürəyimizdən bıçaqlandıq” ifadəsini də işlədib.
Ankaradan hələ ki anlaşılan bir açıqlama edilmədiyini söyləyən Vladimir Putin deyib:

“Təyyarəmizin salınması beynəlxalq hüquqa zidd bir hadisə idi. Ankaradan da bu mövzuda hələ aydın olar bir şərh eşitmədik. Bizdən üzr istənilmədiyi kimi kimsə bizə zərərin kompensasiya ediləcəyini, ya da günahkarların cəzalandırılacağını söyləmədi”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net