Ağcabədidə özünü jurnalist kimi təqdim edən dələduz tutuldu
Tarix: 26-11-2015, 12:05 |
Çap et
Ağcabədi rayonunda özünü jurnalist kimi təqdim edərək dələduzluqla məşğul olan şəxs saxlanıb.
Ağcabədi Rayon Polis Şöbəsindən "Report"a verilən məlumata görə, rayonun Avşar kənd sakini, 47 yaşlı İlqar Zakir oğlu Şirinov rayon sakinlərinin şikayəti əsasında tutulub. İ.Şirinov özünü jurnalist kimi təqdim edərək dələduzluq edib.
Belə ki, rayon sakinlərindən onları işə düzəltmək adı ilə ümumilikdə 10 000 manatdan çox pul alıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.