ABŞ-dakı “Azadlıq Heykəli” hicablı olacaqmış
Tarix: 26-11-2015, 11:50 | Çap et
ABŞ-dakı “Azadlıq Heykəli” hicablı olacaqmış
Amerikanın Nyu York limanına girən gəmiləri qarşılayan ABŞ-ın simvolu “Azadlıq Heykəli”nin (Statue of Liberty) ilk ideyası Süveyş kanalının girişi üçün düşünülən başörtülü misirli bir kəndçi qadın olub.

AzVision.az xəbər verir ki, belə bir iddia ABŞ-da tarixi araşdırmalar üzrə ixtisaslanan və Federal Hökumət tərəfindən idarə oluanan “Simithsonian” universitetinin dərc etdirdiyi jurnalda yer alıb. Jurnalda Erin Blakmor imzası ilə dərc olunan məqalədə deyilir ki, “Azadlıq Heykəli”nin ilkin forması Fransız memar Frederic-Auguste Bartholdi tərəfindən Süveyş kanalının girişində yerləşən Port Saidə qoyulacaqmış. 26 metr hündürlüyündə dizayn edilən heykəlin ilk adı “Misir işığı Asiyaya doğur” olub.

Onun forması isə hicablı qadın kimi düşünülüb. Lakin memarın bu ideyası maliyyə problemlərinə görə həyata keçməyib. Buna görə, həmin proekt daha sonra hazır ki “Azadlıq Heykəli”nə çevrilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net