Rusiyanın Su-24 təyyarəsi Türkiyənin hava məkanını pozmayıb.
Axar.az xəbər verir ki, bunu Rusiyanın Avropa Birliyindəki daimi nümayədəsi Vladimir Çijov “Yevronyus” telekanalına müsahibəsi zamanı söyləyib.
Onun sözlərinə görə, Türkiyə Su-24-ün vurulması ilə bağlı planı öncədən planlaşdırıb. O, Rusiyanın Türkiyəyə hərbi kontekstdə cavab verməyəcəyini və əvəzində Suriyadakı əməliyyatları güclü şəkildə davam etdirəcəklərini bildirib.

