Bakıda tələbə və usta intihar edib
Tarix: 26-11-2015, 10:42 | Çap et
Bakıda tələbə və usta intihar edib
Bakıda iki nəfər intihar edib.

APA-nın məlumatına görə, hadisələrdən biri paytaxtın Nizami rayonunda qeydə alınıb. Rayon sakini, 1993-cü il təvəllüdlü Türkan Eldar qızı Həsənzadə yaşadığı binanın damından özünü atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə ölüb.

Məlumata görə, T. Həsənzadə Tibb Universitetinin tələbəsi olub. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Digər intihar hadisəsi isə Səbail rayonunda baş verib. Rayonun A. Abbaszadə küçəsində yerləş yaşayış binasının 6-cı mərtəbəsindəki mənzildə təmir işləri aparan usta, 1987-ci il təvəllüdlü İlqar Bəşir oğlu Aşurbəyov özünü eyvandan atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Hər iki faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net