BP vergi verirmi? - Nazirlikdə müzakirə
Tarix: 26-11-2015, 10:37 | Çap et
BP vergi verirmi? - Nazirlikdə müzakirə
Vergilər Nazirliyində BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell ilə Vergilər Nazirliyinin rəhbərliyinin görüşü keçirilib.

Nazirliyin Analitik-informasiya şöbəsindən SalamNews-a verilən məlumata görə, vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov qonağı səmimi salamlayıb, onu ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib.

Sonra vergilər nazirinin 1-ci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirov ölkəmizin vergi sistemində aparılan islahatlar və bu sahədə əldə olunan uğurlar haqqında qonağa məlumat verib. Qeyd olunub ki, Azərbaycanın mövcud iqtisadi durumunda vergi orqanlarının üzərinə kifayət qədər çətin və mürəkkəb vəzifələr düşür. Vergilər Nazirliyi vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi, vergi ödəyicilərinə xidmətlərin genişləndirilməsi yolu ilə qlobal iqtisadiyyatda baş verən mənfi proseslərin Azərbaycan iqtisadiyyatına təsirini minimallaşdırmaq üçün onun fəaliyyət sahəsinə aid olan tədbirləri həyata keçirir, Azərbaycana investisiya qoyulmasında birinci olan BP şirkəti ilə əməkdaşlığa xüsusi önəm verir.

Qordon Birrel səmimi qəbula görə təşəkkürünü bildirib, Azərbaycan iqtisadiyyatın sürətlə inkişaf etməsindən, ölkəmizdə ən böyük xarici sərmayəçilərdən biri olan BP şirkətinin bu inkişafa öz töhfəsini verməsindən məmnunluğunu ifadə edib. O, BP şirkətinin vergi öhdəliklərinin yerinə yetirilməsinə daim diqqətlə yanaşdığını, hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən tərəfdaşlarla birgə Vergilər Nazirliyi ilə yaxşı əməkdaşlığın qurulduğunu qeyd edib.

Görüşdə Azərbaycan və BP arasında əməkdaşlığın hazırkı səviyyəsi, həyata keçirilən enerji layihələri və perspektivləri, dünyanın enerji bazarındakı vəziyyət barədə fikir mübadiləsi aparılmış, qarşılıqlı maraq doğuran digər məsəllər müzakirə edilib.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net