Türkiyədən Rusiyaya ixracat dayandırıldı
Tarix: 25-11-2015, 17:32 | Çap et
Türkiyədən Rusiyaya ixracat dayandırıldı
Türkiyədən Rusiyaya ixracat dayanıb. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, rus bombardmançısının vurulmasından sonra iki ölkə arasındakı iqtisadi münasibətlər gərginləşib. Rusiya Türkiyəyə qarşı ilk tədbirlərini də məhz mal dövriyyəsində həyata keçirir.

İstanbul Sənaye Birliyinin sədrinin köməkçisi Adnan Dalğakıran deyib ki, Rusiya gömrüyü Türk mallarının bu ölkəyə daxil olmasını yasaqlayıb: “Bu vəziyyətin çox davam edəcəyinə inanmırıq. Düzdür, indi müəyyən böhran var, lakin tezliklə iki ölkə məsələnin həll yolunu tapacaq. Çünki bir-biri ilə sıx bağlı olan və ticarət dövriyyəsi 30 milyard dollara çatan iki ölkədən bəhs edirik”.

Bildirilir ki, qış mövsümündə Rusiyaya göndərilən tər güllərin ilk hissəsinin Antalya aeroportundan Rusiyaya göndərilməsi baş tutmayıb. “Tempo Tarım” şirkətinin sahibi İbrahim Yılmaz deyib ki, bu gün səhər saatlarında malı aeroportdan geri qaytarmalı olublar.

Digər iş adamları da dünənki hadisədən sonra Rus gömrüyünün Türk mallarını ölkələrinə buraxmadığını və bunun nəticəsində milyon dollarlarla ziyana düşə biləcəklərini deyiblər.

Qeyd edək ki, Türkiyədən Rusiyaya əsasən yüngül sənaye və kənd təsərrüfatı məhsulları aparılır. Rusiya Türkiyənin ən böyük ticarət tərəfdaşlarından biridir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net