“Türkiyə istehsalçıları və ixracatçıları üçün süni problemlər yaratmaq istəmirik”
Tarix: 25-11-2015, 16:54 | Çap et
“Türkiyə istehsalçıları və ixracatçıları üçün süni problemlər yaratmaq istəmirik”
“Moskva Türkiyə istehsalçıları və ixracatçıları üçün süni problemlər yaratmaq istəmir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. “Çünki onlar Türkiyənin bu addımına görə heç bir məsuliyyət daşımırlar. Türkiyə tərəfi ilə qarşılıqlı fəaliyyətdə olan öz vətəndaşlarımız və şirkətlərimiz üçün lazımsız problem yaratmaq istəmirik”, - deyə o, əlavə edib.

Rusiya-Türkiyə münasibətlərinin gələcəyinə toxunan S. Lavrov bildirib ki, Moskva Ankara ilə əlaqədən qaçmır: “Bunun sübutu bu gün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığıdır. Lakin Rusiya tərəfinin hələ ki Türkiyəyə səfər etmək və türkiyəli həmkarları Rusiyada qəbul etmək planı yoxdur”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net