Ukrayna hava məkanını Rusiyanın üzünə bağladı
Tarix: 25-11-2015, 16:03 | Çap et
Ukrayna hava məkanını Rusiyanın üzünə bağladı
Ukrayna Rusiyanın bütün avia şirkətlərinə hava məkanından tranzit uçuşuna qadağa qoyub. Lent.az-ın Vesti.ru-a istinadən məlumatına görə, bunu ölkənin baş naziri Arseniy Yaçenyuk hökumətin iclasında deyib.

Onun sözlərinə görə, Rusiya Ukrayna təyyarələrinin onun səmasında uçusu ilə bağlı qərarını dəyişməyib: “Biz gözləyirdik ki, Rusiya qərarını dəyişəcək və Ukrayna təyyarələrinin Rusiya üzərindən uçuşuna icazə verəcək. Lakin Rusiya həmişə kimi Ukrayna tərəfinin qanuni şərtləri ilə razılaşmadı. Buna görə də Ukrayna hökuməti belə bir qərar qəbul etməli oldu”.

“İnterfax”ın məlumata əsasən, Rusiya təyyarələri təhlükəsizlik baxışımdan Ukrayna üzərindən uçuşlarını artıq dayandırıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net