Baş nazir: Rusiya bilirdi ki, Türkiyənin hava məkanını pozmaq olmaz
Tarix: 25-11-2015, 15:48 | Çap et
Baş nazir: Rusiya bilirdi ki, Türkiyənin hava məkanını pozmaq olmaz
Rusiya bilirdi ki, Türkiyənin hava məkanının pozulması yolverilməzdir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib.

O xatırladıb ki, Rusiya Hərbi-Kosmik Qüvvələrinin təyyarələri bu ilin oktyabrında Türkiyənin hava məkanını pozduqdan sonra Ankara belə halların təkrarlanacağı təqdirdə, hava məkanını pozan təyyarələri vuracağı barədə xəbərdarlıq etmişdi: "Heç kəsin Türkiyənin hava məkanını pozmaq haqqı yoxdur. Türkiyənin hava məkanının pozulması ölkənin milli maraqlarına təhdid kimi qiymətləndirilir".

Ə.Davudoğlu qeyd edib ki, Ankara Rusiya ilə münasibətləri korlamaq istəmir və dialoq üçün bütün diplomatik kanallar açıqdır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net