İranın Məkkədə itkin düşən diplomatının taleyi bəlli oldu
Tarix: 25-11-2015, 15:04 |
Çap et
FaktXeber.com-un İSNA agentliyinə istinadən verdiyi məlumata görə, bu il Həcc mərasimi zamanı itkin düşən İranın Livandakı sabiq səfiri Qəzənfər Rüknabadinin meyiti sabah Tehrana gətirələcək.
Agentliyin verdiyi məlumata görə, onun meyiti üzərində aparılan DNT analizi Rüknabadinin ölümünü təsdiqləmiş olub.
Xatırladaq ki, hələ Livanda səfir olarkən Ərəbistanın himayə etdiyi terror qruplaşmaları bir neçə dəfə Qəzənfər Rüknabadini öldürməyə çalışıblar. Həcc mərasimi taleyi naməlum qalan iranlı diplomat haqda müxtəlif versiyalar irəli sürülürdü. İran xarici işlər naziri Qəşqavi bildirmişdi ki, Rüknabadinin tam sağlam vəziyyətdə təcili yardım maşınına mindirilərək aparılması barədə qəti sübutları var.