25 milyonluq rus qırıcısı 100 minlik raketlə vurulub - Foto
Tarix: 25-11-2015, 14:28 | Çap et
25 milyonluq rus qırıcısı 100 minlik raketlə vurulub - Foto
Türkiyə F-16-ları ötən gün Rusiya qırıcısını vurmaq üçün “ölümcül raket” adı verilən AIM-9X Sidevinderdən istifadə edib.

Axar.az xəbər verir ki, ABŞ istehsalı Sidevinder raketləri Türkiyə Hərbi Hava Qüvvələrinin inventarına 1960-cı illərdə qəbul olunub.

Sidevinder enerji yayan sistemləri müəyyən edə bilir və hədəflə bağlı əldə olunan məlumat raketin qanadlarına ötürülür. Daha sonra isə raket avtomatik olaraq hədəfə doğru istiqamətlənir.

26 km mənzilli, 85 kq ağırlığında olan raketin qiyməti təxminən 100 min dollardır.

Qeyd edək ki, Türkiyə ötən gün sərhədlərini pozduğu üçün Rusiyaya məxsus 25 milyon dollar dəyərində olan Su-24 qırıcısını vurub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net