“Rayon qeydiyyatlı maşınların Bakıya girişinə qadağa götürülməyib” - AÇIQLAMA
Tarix: 25-11-2015, 13:23 | Çap et
“Rayon qeydiyyatlı maşınların Bakıya girişinə qadağa götürülməyib” - AÇIQLAMA
Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 2015-ci il iyulun 23-dəki “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” qərarına əsasən, rayon qeydiyyatında olan minik və yük avtomobillərinin Bakıya girişi qadağan edilib.

Sentyabrın 15-dən etibarən rayon qeydiyyatında olan avtomobillər səhər saat 7:00-dan axşam saat 24:00-a kimi paytaxta buraxılmır, şəhərin cənub və şimal girişindəki duracaqlarda saxlanılır. Bu avtomobillər yalnız gecə saat 24:00-dan səhər saat 7:00-a kimi Bakıya daxil ola bilərlər.

Qərar cəmiyyətdə birmənalı qarşılanmadı, günlərlə müzakirələr getdi, hətta bəzi deputatlar da Milli Məclisin iclasında bu qadağanın tətbiqinin əleyhinə çıxdılar. Çoxluq qərara qarşı çıxsa da, dövlət yol polisi öz qərarından dönmədi.

Son müşahidələrimiz isə paytaxta girişə nəzarətin əvvəlki qədər nizamlı olmadığını, bir çox halda rayon qeydiyyatlı avtomobillərin sərbəst şəkildə şəhərə daxil olduğunu deməyə əsas verir. Məsələn, Masazır ərazisində, Qafqaz Universiteti yaxınlığında təşkil edilən postlar artıq yoxdur. Həmin yerlərdə nə polis maşını, nə də qadağanedici işarə nəzərə çarpır.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Modern.az saytına açıqlamasında məhdudiyyətin qüvvədə olduğunu və nəzarətin davam etdiyini vurğulayıb:

“Sadəcə, əvvəlki vaxtlarla müqayisədə indi paytaxt istiqamətində gələn rayon qeydiyyatlı nəqliyyat vasitələrinin sayında ciddi azalma var.

Bu səbəbdən də vizual olaraq yaradılan postlarda nəqliyyatın cəmləşməsi, nəqliyyat sıxlığının yaranması müşahidə edilmir.

Bu əsas etibarilə rayon qeydiyyatlı nəqliyyat vasitələrinin şəhərə təyin olunan məhdudiyyət müddəti ərzində az gəlmələri ilə bağlıdır. Bir sözlə, məhdudiyyət davam edir”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net