
Ermənistanın Milli Təhlükəsizlik Xidməti və polis təpədən-dırnağa qədər silahlanaraq İrəvanda terror planlaşdıran 10 nəfərlik dəstəni zərərsizləşdirib.
Virtualaz.org "Novosti Armrniya"ya istinadən bildirir ki, əməliyyat zamanı paytaxtın Nork-Maraş administrativ dairəsindəki 9-cu küçədəki şəxsi evlərdən birində böyük sayda silah və sursat aşkar olunub.
Məlumata görə, tərksilah edilənlər müasir silahlar , partlayıcılar əldə edərək Ermənistan paytaxtında terror aktları həyata keçirməyi planlaşdırıblar. Saxlanılanlar arasında 3 əcnəbi qızın olduğu da bildirilir.

