Mərkəzi Bankın nizamnamə kapitalı 50 dəfə artdı
Tarix: 25-11-2015, 11:47 | Çap et
Mərkəzi Bankın nizamnamə kapitalı 50 dəfə artdı
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə qanunu imzalayıb.

AzVision.az xəbər verir ki, dəyişikliklə Mərkəzi Bankın nizamnamə kapitalı 10 milyon manatdan 500 milyon manata qaldırılıb.

Həmçinin, sənədə əsasən, Mərkəzi Bankın funksiyalarına ölkənin icmal (dövlət və qeyri-dövlət) xarici borc statistikasını və beynəlxalq investisiya balansını tərtib etmək, məlumatların ümumiləşdirilməsini və yayılmasını təmin etmək məsələsi də daxil edilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net